Kayıtlar

Qara Yanvar

Resim
  1990 -cı il yanvarın  19 -dan  20 -nə keçən gecə, saat 23.30-da  Bakı  şəhərinə keçmiş  Sovet İttifaqın ın qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20 -də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın  25 -də  Neftçala da və yanvarın  26 -da  Lənkəran da daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və  Azərbaycan  r...

BIZIM TEBIETIMIZ.

Resim
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləmin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın bu tarazlığın pozulması dünyanı fəlakətə sürüklüyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: "Yaşıl ciyər”. Yaşıllıq insana çörək lazımdır. Həm də çörək...

Menim ilk muellimim

Resim
 Eh, bağban, bağban. Dünyada görən səndən xoşbəxt insan varmı? Sən adındakı qüdrəti dərk edirsənmi? Sən varlığındakı ümman genişliyini görə bilirsənmi? Axı müəllimi sənə oxşadırlar. Önündə başlar əyilən, qarşısında bağlı qapı olmayan müəllimi. Bu, düzgün müqayisədirmi? Məncə bu müqayisə ilə razılaşmaq çətindir. Müəllimin dühası üçün bağban meyar ola bilməz. Axı bağbanın özünü də müəllim yetirib. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın simfoniyasını, lövhələrin solmazlığını, dastanların nəğməsini, sözünü yaradan şairin, sənətkarın, memarın, bəstəkarın özünü kim yetişdirmişdir? Kim onları kamala, ərsəyə çatdırmışdır? Əlbəttə ki, müəllim!         Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman ilk müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə ilk müəllim qovuşdurur.     ...

Azerbaycan dlinde imlalar ve hekayeler burada.

                                              MENIM DOSTUM                                                                                                                   Dostluq yer üzünün ən gözəl neməti, ülvi və müqəddəs hisslərin toplusudur. Dostluğu insanlara sevinc dolu həyat bəxş edən saf və mənəvi bir sərvət adlandırmaq olar. Dostluq insanları bir-birinə yaxınlaşdıran qırılmaz zəncirdir, mənəvi körpüdür.         İnsan həyatının ən gözəl xüsusiyyətlərindən biri, tək olmamasını hiss etməsidir. Bizim əhatəmizdə hər cür insanlar var. Ailəmiz, qonşular, doğmalar s...