İçərişəhər.

“İçərişəhər” , xalq arasında həm də “Qala” [3] və ya sadəcə “Qədim şəhər” kimi tanınan tarixi məhəllə Bakın ın ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi [4] olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. [5] Qoruq ərazisi hələ tunc dövründ ən məskunlaşmışdır. [5] Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. [6] XV əsrdə Şirvanşahlar ın öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “ kristallaşma ” dövrü başlamışdır. [7] 1748 - 1806 -cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığın ın paytaxtı olmuşdur. 1806 -cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun...