Eh, bağban, bağban. Dünyada görən səndən xoşbəxt insan varmı? Sən adındakı qüdrəti dərk edirsənmi? Sən varlığındakı ümman genişliyini görə bilirsənmi? Axı müəllimi sənə oxşadırlar. Önündə başlar əyilən, qarşısında bağlı qapı olmayan müəllimi. Bu, düzgün müqayisədirmi? Məncə bu müqayisə ilə razılaşmaq çətindir. Müəllimin dühası üçün bağban meyar ola bilməz. Axı bağbanın özünü də müəllim yetirib. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın simfoniyasını, lövhələrin solmazlığını, dastanların nəğməsini, sözünü yaradan şairin, sənətkarın, memarın, bəstəkarın özünü kim yetişdirmişdir? Kim onları kamala, ərsəyə çatdırmışdır? Əlbəttə ki, müəllim! Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman ilk müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə ilk müəllim qovuşdurur. ...
Yorumlar
Yorum Gönder