Kayıtlar

Dell Inspiron N5110 - General reduced Laptop Performance

Dell Inspiron N5110 - General reduced Laptop Performance : Hi,  I have a Dell Inspiron N5110.  Problem: After two years, my laptop starts to have reduced performance in gaming and watching streaming videos.  I did a factory reset. Everything seems fine.  I did a test by installing Warcraft 3 which I played with no lag at all.  After that, I started to ins...

Azerbaycan Dovlet Remzi

 Hər bir dövlətin müstəqilliyini ifadə edən atributları mövcuddur. Bu baxımdan da Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bu dövlət atributlarının aşılanması hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda, cəmiyyətdə vətənpərvərlik ruhunun, vətənə sevgi və məhəbbət hisslərinin möhkəmləndirilməsinə xidmət edir.         Dövlət atributlarının mahiyyət vö əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə Mörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən bitidir.         Ümummilli liderimiz Heydər Əliyev Təhsil islahatı və dövlət rəmzlərinin öyrədilməsi məsələlərinə toxunaraq qeyd edirdi ki, məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası geniş tədris olunmalıdır. Bu çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uş...

VETEN Haqinda Insa

Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən. Mənim vətənim Azərbaycandır. Bu əmələkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək. Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dah...

İçərişəhər.

Resim
“İçərişəhər” , xalq arasında həm də  “Qala” [3]  və ya sadəcə  “Qədim şəhər”  kimi tanınan tarixi məhəllə  Bakın ın ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi [4]  olan İçərişəhər, yaxşı qorunmuş  qala divarları  ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. [5] Qoruq ərazisi hələ  tunc dövründ ən məskunlaşmışdır. [5]   Arxeoloji  tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. [6]  XV əsrdə  Şirvanşahlar ın öz iqamətgahlarını  Şamaxıdan  Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “ kristallaşma ” dövrü başlamışdır. [7]   1748 - 1806 -cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər  Bakı xanlığın ın paytaxtı olmuşdur.  1806 -cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun...

AZERBAYCAN SEHERLERI.

Azərbaycan zəngin və qədim şəhərsalma mədəniyyətinə malik olan bir ölkədir. Əlverişli coğrafi şərait, ticarət yollarının kəsişməsi burada şəhərsalmanın inkişafına güclü təkan vermiş, ayrı-ayn yaşayış məntəqələri sürətlə böyüyərək şəhərlərə çevrilmişdir. Tarixilik baxımından respublikamızın ərazisindəki şəhərləri iki qismə ayırmaq mümkündür: qədim və müasir şəhərlər. Bakı, Gəncə, Şəki, Naxçıvan, Bərdə, Şamaxı kimi şəhərlərimizin yaşı tarixin dərinliklərinə gedib çıxır. Sumqayıt, Mingəçevir, Daşkəsən kimi şəhərlərin isə təməli cəmi bir neçə on il bundan əw əl qoyulmuşdur.         Azərbaycanın paytaxtı Bakı ölkənin ən iri şəhəridir. Burada çoxlu sayda iri sənaye müəssisələri, təhsil ocaqları, teatrlar, muzeylər cəmləşmişdir.         Paytaxtımızın beşiyi İçərişəhər sayılır. Bakının ərazisi bir neçə yüzillik ərzində içərişəhərlə məhdudlaşmışdır. Onu bayır şəhərdən X-XII əsrlərin yadigarı olan qala divarları ayırır. İçərişəhərin adı YUNESKO-nun mədəni ...

Azərbaycan Sovet Sosialist Respublikası.

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyətin 20-ci yüzilliyində ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycanın Sovet dövrü tarixində 1969-cu il dönüş nöqtəsi olur. Bu ilk növbədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə əlaqədar idi. Artıq həmin ilin avqustunda onun tərəfindən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi ə...

AZERBAYCAN XALQ CUMHURIYYETI.

1918 -ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti  Tiflisd ən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur.  Fətəli xan Xoyski  Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş höküm...